Zəmanət şərtləri

HÖRMƏTLİ ALICI! ZƏMANƏT TALONUNU OXUDUQDAN SONRA İMZALAYIN!

Aldığınız məişət texnikasının təmiri və quraşdırılması, istifadəsi üçün mütləq “MTT SERVİCE” təşkilatına müraciət etməyiniz məsləhət görülür. Əks halda düzgün olmayan quraşdırılmalar sizi pulsuz texniki servis xidmətindən məhrum edə bilər. Servis mərkəzinə müraciət etmədən öncə istifadə qaydalarını oxuyun! Məişət əşyaları qeyri məişət sahələrində istifadə olunarsa(kafe, restoran və s.), bu zaman zəmanət qüvvədən düşmüş hesab edilir!

ZƏMANƏT – təqdim olunan dövrdə, sıradan çıxmış ehtiyat hissəsinin pulsuz şəkildə yenisi ilə əvəz olunması deməkdir.

ZƏMANƏT - şərtləri ilə satılan məhsullar, nasazlıq yarandığı halda satış tarixindən 14 (on dörd) gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu tarixdən sonra müştəri məhsul dəyişimini tələb edə bilməz.

ZƏMANƏT - məhsulun satış tarixi günündən başlayır .

Zəmanət müddətində təmir işlərinin MTT Service məntəqələrində aparılması daha məqsədə uyğundur.

Zəmanət müddətində texniki servis mərkəzinə, müraciət olunan tarixdən etibarən ən gec 3 (üç) gün ərzində xidmət göstərilir.

Təmir məqsədi ilə MTT servis Məntəqəsinə qəbul edilən məhsul 14 (on dörd ) iş günü müddətində müştəriyə təhvil verilməlidir. (İstisna hallar xaric: sifariş olunan ehtiyat hissə gecikərsə, fors major hallar yaranarsa). Əks halda məhsul yenisi ilə əvəz olunur.

Üç qütblü şəbəkə qoşulması olan məhsullar mütləq, digər məhsullar vaciblik dərəcəsinə torpaqlama olan şəbəkəyə qoşulmalıdır. Bütün birləşmələr birbaşa və ya bilavasitə qoruyucu avtomat ilə təchiz olunmakıdır. Əks halda məhsula dəyən zərər müştəri hesabına bərpa olunacaq.

Zəmanət müddəti bitmiş məhsula “MTT Service“ tərəfindən xidmət göstərilərsə əlavə 6 (altı) ay zəmanət verilir. Bunun üçün servis çekini tələb edin!

Zəmanət talonundakı nömrə silinərsə, cırılarsa və yaxud hər hansı bir yazı dəyişikliyi edilərsə zəmanət etibarsız sayılır.

İri həcmli avadanlıqları elektrik tənzimləyicisi vasitəsi ilə, qaz ilə işləyən avadanlıqları qaz tənzimləyicisi ilə şəbəkəyə bağlayın!

ZƏMANƏT ŞƏRTLƏRİNƏ AİDDİR!

İri həcmli məişət texnikalarının (Soyuducu, paltaryuyan, qabyuyan, paltarqurudan, qaz peçləri, soba, bişirmə paneli, aspirator, televizor, dondurucu, sərinləşdirici, elektrikli və qazlı su qızdırıcısı, kombi, kondisioner) 3 (üç) illik zəmanəti

  • Televizor panellərinin zəmanət müddəti isə 18 (on səkkiz) aydır (BEKO, BLOMBERG, GRUNDİG markalarında).
  • Məhsulda yerləşən hissələrin (istifadə qaydalarına riayət olunduğu , lazımi parametrlərin düzgün təmin edildiyi halda) sıradan çıxanlarının yenisi ilə əvəz olunması.
  • Təmir məqsədi ilə məhsulun (iri həcmli) texniki servis məntəqəsinə gətirilməsi və geri qaytarılması.
  • 1 (bir) dəfə pulsuz montaj və istifadə qaydalarının izahı.
  • Kiçik həcmli məişət texnikalarının (Kiçik mətbəx əşyaları, kiçik elektronik əşyalar, elektrikli qızdırıcı, fotoaparat və kamera, ütü, tozsoran, xüsusi baxım alətləri) 1 (bir) illik zəmanəti.

ZƏMANƏT ŞƏRTLƏRİNƏ AİD DEYİL!

1. İstismar qaydalarına riayət edilməzsə yaranan nasazlıqlar.

2. Mexaniki zədələnmələr.

3. Periodik təmizləmələr (kondisionerlərin yuyulması,yuyucuların nasos və filtrlərinin təmizlənməsi,soyuducuların təmizlənməsi,audio və video başlıqların təmizlənməsi və sair) və tənzimləmə işləri.

4. Məsafədən idarəetmə pultları və akkumlyator batareyaları ,adaptorlar,televizorlarda modul kartlarının qoşulması zamanı yaranan nasazlıqlar.

5. Məhsullarda boya saralmaları və boya atmaları.

6. Şüşə və plastik hissələrin mexaniki zədələnmələri və qırılmaları.

7. Nəmişliyin normadan yuxarı olmasından yaranan paslanma və elektronik nasazlıqlar.

8. Elektrik, su, qaz parametrlərinin normadan kənara çıxması nəticəsində yaranan nasazlıqlar.

9. Məhsulda servis mərkəzinin xəbəri olmadan istehsalçı konstruksiyasının dəyişdirilməsi, kabel sisteminə calaq verilməsi.

10. Kənar şəxslərin müdaxiləsi olarsa.

11. Təbii fəlakət nəticəsində yaranan nasazlıqlar.

12. Məhsulun daxilinə kənar cisimlərin, həşəratların və ya maddələrin düşməsi nəticəsində yaranan nasazlıqlar.

13. Müştərinin təkidi ilə düzgün və istifadəyə uyğun olmayan yerdən quraşdırmalar nəticəsində yaranan nasazlıqlar.

Hörmətli Alıcı !

Bizi seçdiyiniz üçün sizə təşəkkür edirik. Hər zaman sizə xidmət göstərmək bizim işimizdir !